Türkiyə 2035-ci ilədək BOEM-ə 80 mlrd. dollar yatıracaq

16:57 - 4.06.2026


4 iyun, Fineko/abc.az. Türkiyə 2035-ci ilə qədər bərpa olunan enerji mənbələrinin gücünü 120 min MVt-a çatdırmağı planlaşdırır və bu məqsədlə günəş və külək layihələrinə təxminən 80 mlrd. dollar sərmayə yatıracaq.

ABC.AZ xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan bildirib.

2025-ci ildə bu göstəricinin 40 min MVt olacağı gözlənilir. Həmçinin dəniz külək enerjisi hesabına əlavə 5 min MVt gücün yaradılması planlaşdırılır. Prezidentin sözlərinə görə, BOEM-in inkişafı qlobal böhranlar fonunda təkcə iqtisadi deyil, həm də milli təhlükəsizlik məsələsidir.