16:31 - 4.06.2026
4 iyun, Fineko/abc.az. Hazırda "Şahdəniz" yatağında ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir.
ABC.AZ xəbər verir ki, bu barədə layihənin texniki operatoru olan "BP-Azərbaycan" şirkətinin məlumatında bildirilib.
"Hazırda yataqdan qaz hasilatı "Şahdəniz-1" və "Şahdəniz-2" layihələri çərçivəsində həyata keçirilir. İşlənmənin birinci mərhələsi nəzərə alınmaqla, hazırda yataqda ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir", - məlumatda vurğulanıb.
Bununla yanaşı, şirkətin məlumatına görə, hazırda "Şahdəniz-2" layihəsi çərçivəsində ildə 17 milyard kubmetr qaz hasil edilir.
"Mövcud "Şahdəniz" obyektlərinin istehsal gücü gündəlik 76 milyon kubmetri və ya ildə 28 milyard kubmetri ötür", - məlumatda bildirilib.
3 İyun 2026
3 İyun 2026