Hindistanın Nayara NEZ-i təmir və modernizasiyanı başa çatdırıb

20:24 - 4.06.2026


4 iyun, Fineko/abc.az. Hindistanda, Vadinar şəhərində yerləşən Nayara Energy neft emalı zavodu planlı təmir və modernizasiya işlərini başa çatdırıb. Bu işlər yanacağın keyfiyyətinin artırılmasına və təmir aralıqlarının uzadılmasına yönəlib.

ABC.AZ xəbər verir ki, sutkalıq gücü 400 min barel olan zavod Hindistanın emal güclərinin təxminən 8%-ni və yanacaqdoldurma məntəqələri bazarının 7%-ni təmin edir. Şirkət Aİ sanksiyaları və ixrac məhdudiyyətləri şəraitində fəaliyyətini davam etdirərək daxili bazara yönəlir.