17:23 - 4.06.2026
4 iyun, Fineko/abc.az. Bakıda “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın növbəti toplantısı keçirilir.
ABC.AZ xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Qardaş ölkələrin mərkəzi bank rəhbərlərini və Türk Dövlətləri Təşkilatının Baş katibini Bakıda qarşılamaqdan böyük məmnunluq duyuruq. Türk dövlətləri arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu bir dövrdə rəhbərlik etdiyimiz qurumlar arasında dialoq və təcrübə mübadiləsinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
İnanırıq ki, bu toplantı Şuranın fəaliyyətində növbəti mühüm səhifə olmaqla regionumuzda daha inteqrasiya olunmuş, innovativ və dayanıqlı maliyyə ekosisteminin formalaşmasına mühüm töhfə verəcək. "-paylaşımda bildirilib.
Qeyd edək ki, toplantı ilə əlaqədar olaraq Şuranın üzvü olan Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Türkiyə mərkəzi banklarının, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikası mərkəzi banklarının rəhbər heyətləri ölkəmizə səfər edəcək. Toplantıda Türk Dövlətləri Təşkilatının Baş katibinin də iştirakı nəzərdə tutulub.
3 İyun 2026
3 İyun 2026