12:07 - 4.06.2026
4 iyun, Fineko/abc.az. Rusiya Prezidenti Vladimir Putin imzaladığı fərmanla "NordLine" şirkətinə Fransanın enerji nəhəngi "TotalEnergies"in "Arctic LNG 2" layihəsindəki 10%-lik payını satın almağa icazə verib.
ABC.AZ xəbər verir ki, bu qərar "TotalEnergies" şirkətinin "Novatek"in rəhbərlik etdiyi Arktika mayeləşdirilmiş təbii qaz (LNG) layihəsindəki birbaşa payının dövr edilməsinə şərait yaradacaq. Sazişin maliyyə və hüquqi şərtləri isə açıqlanmır.
Qeyd edək ki, cari ilin may ayında "Arctic LNG 2" layihəsinin 60%-nə sahib olan Rusiyanın "Novatek" şirkəti tamamilə özünə tabe olan "Nordline" MMC (LLC) törəmə şirkətini təsis etmişdi.
3 İyun 2026
3 İyun 2026