Bu ölkə SOCAR-ı fəaliyyətini genişləndirməyə çağırdı

15:36 - 4.06.2026


4 iyun, Fineko/abc.az. Misir və Azərbaycan neft-qaz sahəsində uzunmüddətli tərəfdaşlıq imkanlarını öyrənirlər.

ABC.AZ xəbər verir ki, bu barədə “ECO FIN Agency” Misirin Neft Nazirliyinə istinadən məlumat yayıb.

Bu mövzuda danışıqlar Bakı Enerji Həftəsi çərçivəsində Misirin neft naziri Karim Badavi ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov arasında keçirilən görüş zamanı baş tutub.

Məlumatda bildirilib ki, müzakirələr iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığın aktivləşdirilməsinə və miqyasının genişləndirilməsinə yönəlib.

K.Badavi Misirdə inkişaf etmiş neft emalı, nəqli, saxlanması və ixracı infrastrukturuna diqqət çəkərək, bu aktivləri əməkdaşlığın genişləndirilməsi üçün əsas kimi təqdim edib.

Nazir, həmçinin karbohidrogenlərin kəşfiyyatı, işlənməsi və hasilatı sahəsində investisiya imkanlarını qeyd edib, eləcə də SOCAR-ı Misir bazarında iştirakını genişləndirməyə dəvət edib.