"Visa" və "Mastercard" Kubadakı fəaliyyətini dayandırır

17:16 - 4.06.2026


4 iyun, Fineko/abc.az. Visa və Mastercard ödəniş sistemləri ABŞ sanksiyalarının sərtləşdirilməsi səbəbindən 6 iyundan etibarən Kubada fəaliyyətini dayandıracaq.

ABC.AZ xəbər verir ki, bu, ölkənin beynəlxalq əməliyyatlardan əldə etdiyi gəlirlərin bir hissəsini itirməsinə və xarici şirkətlərin bazardan çıxışını sürətləndirəcək.

Ölkədə alternativ ödəniş üsulları, o cümlədən nağd vəsait, yerli kartlar, həmçinin “Mir” və UnionPay sistemləri saxlanılacaq.