Bakıda Qazaxıstan üçün konteyner gəmiləri inşa ediləcək

19:15 - 4.06.2026


4 iyun, Fineko/abc.az. Bakı Gəmiqayırma Zavodunda Kazmortransflot və Abu Dhabi Ports ilə əməkdaşlıq çərçivəsində Qazaxıstan üçün ilk konteyner gəmisinin inşasına başlanılıb.

ABC.AZ xəbər verir ki, təxminən 149,5 metr uzunluğa və 780 TEU tutuma malik gəmilər Xəzər dənizində daşımalar üçün nəzərdə tutulub.

İki konteyner gəmisinin inşasının 2027-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.