Neft ucuzlaşır: Brent markalı neftin bir bareli 97,06 dollardır

09:18 - 4.06.2026


4 iyun, Fineko/abc.az. Çərşənbə günü qeydə alınan artımdan sonra, cümə axşamı günü keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri aşağı düşür.

Saat 09:14-ə olan məlumata əsasən, ICE Futures birjasında "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 0,75 dollar (0,77%) azalaraq bir barel üçün 97,06 dollar təşkil edib. 3 iyun tarixində keçirilən hərracların yekununda bu müqavilənin qiyməti 1,81 dollar (1,89%) artaraq 97,81 dollara çatmışdı.

Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin iyul fyuçersi saat 09:14-ə qədər 0,68 dollar (0,71%) ucuzlaşaraq bir barel üçün 95,34 dollar olub. 3 iyun tarixinə olan nəticələrə görə, müqavilənin qiyməti 2,26 dollar (2,41%) artaraq 96,02 dollar təşkil etmişdi.