İri investorlar dollardan asılılığı azaldır

19:45 - 4.06.2026


4 iyun, Fineko/abc.az. Dünyada varlı investorlar ABŞ dollarına etimadın azalması fonunda dollar aktivlərinin payını ixtisar etməyə başlayır.

ABC.AZ xəbər verir ki, bu barədə UBS hesabatında deyilir.

Ailə ofislərinin təxminən üçdə ikisi dolların ehtiyat valyuta kimi rolunun zəifləyəcəyini gözləyir və artıq portfellərini şaxələndirərək Asiya, Avropa və inkişaf etməkdə olan bazarlara, eləcə də infrastruktur layihələrinə yatırımları artırır. Eyni zamanda daşınmaz əmlakın payı azalır.
Strategiyanın dəyişməsinin əsas səbəbi geosiyasi risklərdir — bu səbəbdən investorlar aktivlərini müxtəlif ölkələr arasında bölüşdürür.