Azərbaycandan Ermənistana 42 vaqon məhsul ixrac olunacaq

14:20 - 4.06.2026


4 iyun, Fineko/abc.az. Bu gün Azərbaycandan Ermənistana növbəti tədarük baş tutacaq.

ABC.AZ xəbər verir ki, bu ölkəyə 42 vaqon dizel yanacağı ixrac olunacaq.

Qatar saat 16:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.