Bakıda mənzil-kommunal xidmətləri üçün 23.2 milyon manat ayrıldı

17:21 - 5.06.2026


5 iyun, Fineko/abc.az. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədilə tələb olunan müxtəlif növ malların satın alınması üzrə tenderə yekun vurub.

ABC.AZ xəbər verir ki, tenderin qalibi “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC seçilib. Tərəflər arasında bağlanmış müqavilənin dəyəri 23 milyon 156 min manat təşkil edir.

Satınalma çərçivəsində mənzil-kommunal xidmətlərinin fasiləsiz təşkili üçün zəruri olan müxtəlif növ malların təmin edilməsi nəzərdə tutulur.