16:43 - 5.06.2026
5 iyun, Fineko/abc.az. Bu ilin aprel ayının sonuna olan vəziyyətə görə, Azərbaycanda rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş "American Express" (AmEx) ödəniş kartları vasitəsilə həyata keçirilən əməliyyatların sayı 4,9 min, əməliyyatların ümumi həcmi isə 600 min manatdan çox olub.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasının Mərkəzi Bankının hesabatında yer alıb.
Məlumata əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə yerli bankların "American Express" kartları ilə aparılan əməliyyatlarda ciddi azalma meyli qeydə alınıb:
Əməliyyatların sayı: Ötən ilin eyni dövrünə nisbətən 4,2 mindən çox və ya 46% azalıb;
Əməliyyatların həcmi: Ötən ilin aprel ayı ilə müqayisədə 500 min manatdan çox və ya 45% aşağı düşüb.
Xarici kartlarla (qeyri-rezidentlər) aparılan əməliyyatlar:
Hesabat dövründə xarici ölkələrin bank və maliyyə təşkilatları tərəfindən buraxılmış (qeyri-rezident) "American Express" kartları ilə Azərbaycan ərazisində həyata keçirilən əməliyyatların sayı 1,5 min təşkil edib. Bu əməliyyatların ümumi məbləği isə 600 min manat olub.
3 İyun 2026
3 İyun 2026
5 İyun 2026
3 İyun 2026
3 İyun 2026