17:42 - 5.06.2026
5 iyun, Fineko/abc.az. Cari ilin yanvar-aprel aylarında Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsinin həcmi 3,560 milyard ABŞ dolları təşkil edib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,078 milyard ABŞ dolları və ya 7,4 dəfə çoxdur.
Hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 20,45 faizini təşkil edib. Bununla da Böyük Britaniya hesabat dövründə Azərbaycanın ən çox ticarət əməliyyatları həyata keçirdiyi ölkələr sırasında ikinci yeri tutub.
Cari ilin yanvar-aprel aylarında Azərbaycan Böyük Britaniyaya 3,470 milyard ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,330 milyard ABŞ dolları və ya 24,9 dəfə çoxdur.
Eyni zamanda, hesabat dövründə Böyük Britaniyadan Azərbaycana təxminən 89,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib ki, bu da 2025-ci ilin analoji dövrü ilə müqayisədə 252,5 milyon ABŞ dolları və ya 73,8 faiz azdır.
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib.
3 İyun 2026
3 İyun 2026
5 İyun 2026
3 İyun 2026
3 İyun 2026