Bu tikinti şirkəti ötən il 57 min manat zərər edib

09:58 - 5.06.2026


5 iyun, Fineko/abc.az. “Korgöz-Tikinti-Material” ATSC 2025-ci ili 57 min manat xalis zərər ilə başa vurub. Şirkət 2024-cü ili 95 min manat xalis zərər ilə bağlamışdı. Belə ki, ATSC-nin zərəri 40% azalıb. 2023-cü ili  də 209 min manat xalis zərər ilə başa vurmuşdur.

ABC.AZ şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Korgöz-Tikinti-Material”ın əsas əməliyyat gəlirləri 234 min manat (əvvəlki ilə nisbətən 18.2% çox) təşkil edib.

Hesabat dövründə “Korgöz-Tikinti-Material”ın cəmi aktivləri 268 min manat olub ki, bu da illik müqayisədə 12% azalmadır. Şirkətin cəmi öhdəlikləri 1 milyon 526 min manatdan  1 milyon 557 min manata çatıb.