16:44 - 5.06.2026
5 iyun, Fineko/abc.az. Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2025-ci ili 20.7 min manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 96.3% azdır. Ötən il qurumun mənfəəti 555.7 min manat olmuşdu.
ABC.AZ audit hesabatına istinadən xəbər verir ki, mənfəətin kəskin azalması gəlirlərin 11.7% artaraq 15.74 mln. manata yüksəlməsinə baxmayaraq, işçi heyəti üzrə xərclərin 20.3% artaraq 14.12 mln. manata çatması fonunda baş verib. Hesabat dövrünün sonunda yığılmış zərərlər 1.49 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 1.5% azdır.
Agentliyin ümumi gəlirləri 2025-ci ildə 15.74 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 11.7% çoxdur. Ümumi xərclər isə 15.72 mln. manat səviyyəsində formalaşıb və illik müqayisədə 16.5% artıb. Əməliyyat gəlirləri də ümumi gəlirlərlə eyni olaraq 15.74 mln. manat təşkil edib.
2025-ci ilin sonuna Agentliyin cəmi aktivləri 29.79 mln. manata çatıb ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 77.6% çoxdur. Aktivlərin əsas hissəsini 23.48 mln. manat vəsaitlə pul vəsaitləri və onların ekvivalentləri təşkil edib.
Hesabat dövrünün sonunda cəmi öhdəliklər 23.36 mln. manat olub ki, bu da illik müqayisədə 125.5% artım deməkdir. Artım əsasən uzunmüddətli gələcək dövrlərin öhdəliklərinin 19.44 mln. manata yüksəlməsi ilə bağlıdır. Cəmi kapital isə 6.44 mln. manat təşkil edib və ötən illə müqayisədə 0.7% azalıb.
Nizamnamə kapitalı dəyişməyərək 7.91 mln. manat səviyyəsində qalıb.
3 İyun 2026
3 İyun 2026
5 İyun 2026
3 İyun 2026
3 İyun 2026