17:02 - 5.06.2026
5 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may ayları ərzində Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox vergi daxil olub.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu göstərici proqnoza nisbətən 130,3 milyon manat çoxdur.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 6 milyard 187,7 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 109,7 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 471,5 milyon manat və ya 8,2 faiz artıb.
3 İyun 2026
3 İyun 2026
5 İyun 2026
3 İyun 2026
3 İyun 2026