17:12 - 5.06.2026
5 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı “BakıKart”ın operatoru olan “K Group” MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
ABC.AZ AMB-yə istinadən xəbər verir ki, tənzimləyici tərəfindən 02.06.2025 - 03.07.2025-ci il tarixlərində “K Group” MMC-də keçirilən yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması ilə əlaqədar olaraq,
“K Group” MMC-nin vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasən 4 000 manat məbləğində cərimə edilib.
3 İyun 2026
3 İyun 2026
5 İyun 2026
3 İyun 2026
3 İyun 2026