«Fitch» Türkiyə banklarının aktiv keyfiyyətinin pisləşməsi ilə bağlı xəbərdarlıq edib

16:13 - 29.07.2026


29 iyul, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi «Fitch Ratings» Türkiyə bank sektoruna dair dərc etdiyi son hesabatda maliyyə təşkilatlarının kapital adekvatlığı göstəricilərinin aşağı düşdüyünü və aktivlərin keyfiyyətində tədricən pisləşmə müşahid olunduğunu bildirib.

Agentliyin təhlilinə əsasən, 2026-cı ilin I rübündə Türkiyə banklarının orta əməliyyat mənfəətinin risk dərəcəsi üzrə çəkili aktivlərə nisbəti geriləyib. Bu zəifləməyə əsas səbəb valyuta cinsi risk ağırlıqlı aktivlərə tətbiq edilən tənzimləyici güzəştlərin ləğv olunmasıdır.

Eyni zamanda, yüksək təkrar faiz dərəcələri, iqtisadi artımın zəifləməsi və Yaxın Şərqdəki (İran ətrafında) gərginliyin yaratdığı inflyasiya təzyiqləri bankların fəaliyyət mühitini mürəkkəbləşdirib. Bankların problemli kreditlər (NPL) nisbəti 2025-ci ilin sonundakı 3,1%-dən 2026-cı ilin I rübünün sonunda 3,3%-ə yüksəlib. Tənzimləyici güzəştlərin başa çatması nəticəsində orta I dərəcəli kapital (Tier 1) nisbəti isə 14,1%-dən 11,5%-ə düşüb.

Bununla yanaşı, regiondakı hərbi gərginlik fonunda əmanətlərdə dollarlaşma meyli yenidən artıb — xarici valyutada olan depozitlərin ümumi depozitlərdəki payı I rübdə 35,2%-dən 38,1%-ə yüksəlib.