Altı ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon dollarlıq ticarət əməliyyatı aparıb

17:26 - 29.07.2026


29 iyul, Fineko/abc.az. Altı ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu, illik müqayisədə 1,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.