11:21 - 27.07.2026
27 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 10 milyard 981 milyon manat olub ki, bu da proqnozdan 3,1 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,8 % çoxdur.
ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 57,3 % olub.
I yarımildə dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 64,3 %-ni və yaxud 7 milyard 064,5 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 28,6 %-ni və yaxud 3 milyard 143,6 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,2 %-ni və yaxud 350,7 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3,6 %-ni və yaxud 394 milyon manatını sair daxilolmalar, 0,3 %-ni və yaxud 28,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edib.
27 İyul 2026
27 İyul 2026