11:23 - 29.07.2026
29 iyul, Fineko/abc.az. Visa Inc. 2026-cı maliyyə ilinin üçüncü rübündə gəlirini illik müqayisədə 14% artıraraq 11,6 mlrd. dollara, xalis mənfəətini isə 7% artıraraq 5,62 mlrd. dollara çatdırıb. Səhm üzrə mənfəət 2,97 dollar təşkil edərək analitiklərin proqnozlarını üstələyib.
Şirkət 6,2 mlrd. dolları səhmlərin geri alışı və dividendlərin ödənilməsinə yönəldib. Artım istehlakçı və korporativ xərclərin sabit qalması, həmçinin rəqəmsal ödəniş xidmətlərinin inkişafı ilə dəstəklənib. Güclü nəticələrə baxmayaraq, investorların mənfəəti fiksasiya etməsi fonunda Visa səhmləri birjadan kənar ticarətdə 1,6% ucuzlaşıb.
27 İyul 2026