12:08 - 29.07.2026
29 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) "Tiko Azərbaycan " MMC-yə icrası məcburi göstəriş verib.
ABC.AZ AMB-yə istinadən xəbər verir ki, "ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası"nın 4.3-cü bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, habelə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq şirkətə icrası məcburi göstəriş verilib.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026