17:09 - 29.07.2026
29 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycan 17 milyon 383 min ABŞ dolları dəyərində 11 min 744 ton bitki və heyvan mənşəli piy və yağ ixrac edib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 5 milyon 791 min ABŞ dolları (50 %), həcmi isə 2 min 525 ton (27,4 %) artıb.
Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.
6 ay ərzində Azərbaycan həmçinin 135 milyon 953 min ABŞ dollar dəyərində 83 min 321 ton bitki və heyvan mənşəli piy və yağ idxal edib.
Bunlar isə, ötən ilin eyni dövrünə nisbətən dəyər baxımından 16 milyon 903 min ABŞ dolları (14,2 %) , həcm baxımından isə 6 min 255 ton (8,1 %) çoxdur.
Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,6 %-ni təşkil edib.
27 İyul 2026