10:40 - 29.07.2026
29 iyul, Fineko/abc.az. 2026-cı il iyunun 30-na Azərbaycanda fəaliyyət göstərən 22 bankın cəmi aktivləri 60,9 milyard manata çatıb.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bank sektoruna dair açıqlanan göstəricilərə əsasən, iyunun sonuna bankların cəmi aktivləri 60 milyard 940,4 milyon manat, cəmi öhdəlikləri 53 milyard 294,8 milyon manat, balans kapitalı isə 7 milyard 645,6 milyon manat təşkil edib. İyun ayı ərzində bankların aktivləri 3%, öhdəlikləri 3,3%, balans kapitalı isə 1% artıb.
Hesabat dövründə bank sektorunun kredit portfeli 935,5 milyon manat və ya 3% artaraq 31 milyard 821,3 milyon manata yüksəlib. Kredit portfelinin 17 milyard 179,5 milyon manatı və ya 54%-i biznes kreditlərinin, 9 milyard 917,3 milyon manatı və ya 31,2%-i istehlak kreditlərinin, 4 milyard 724,5 milyon manatı və ya 14,8%-i isə ipoteka kreditlərinin payına düşüb.
27 İyul 2026