15:41 - 27.07.2026
27 iyul, Fineko/abc.az. Bu ilin iyulun birinə olan məlumatlara görə, Azərbaycanın xarici dövlət borcunun məbləği 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edib.
ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, xarici dövlət borcunun həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 393,9 milyon ABŞ dolları və ya 7,9% azalıb.
Xatırladaq ki, 2025-ci il 1 iyul tarixinə xarici dövlət borcunun həcmi 5 milyard 10,7 milyon ABŞ dolları olmuşdu.
Operativ məlumatlara əsasən cari ilin 1 iyul tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6%-ini təşkil edib.