11:12 - 29.07.2026
29 iyul, Fineko/abc.az. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 895,6 milyon manat olmaqla, onların ümumi depozit portfelinin 75,7%-ni təşkil edib.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–iyun aylarında banklar 716,3 milyon manat xalis mənfəət, 1 milyard 86,5 milyon manat əməliyyat mənfəəti əldə ediblər.
Eyni dövrdə bank sektoru dövlət büdcəsinə 171,1 milyon manat mənfəət vergisi ödəyib.
Bununla yanaşı, iyunun sonuna ölkədə fəaliyyət göstərən bankların filiallarının sayı 504, şöbələrinin sayı 83, ATM-lərin sayı isə 3 503 olub.
Hesabat ayında bank sektorunda çalışanların sayı 88 nəfər və ya 0,3% artaraq 27 462 nəfərə yüksəlib.
27 İyul 2026