15:15 - 5.06.2026
5 iyun, Fineko/abc.az. Bu ilin may ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihaz, planşet) "Chrome" brauzerinin bazar payı 81,04 % təşkil edib.
ABC.AZ "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, aprel ayına nisbətən 1,53 faiz bəndi çoxdur, 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə isə 1,4 faiz bəndi azdır.
İkinci pillədəki "Safari"nin bazar payı aylıq 1,99 faiz bəndi və ya 20 % azalaraq, il ərzində isə 0,06 faiz bəndi artaraq 8,25 % olub.
Növbəti yerdə qərarlaşan "Samsung Internet"in bazar payı aylıq 0,5 faiz bəndi, il ərzində isə 0,46 faiz bəndi artaraq 3,4 % təşkil edib.
3 İyun 2026
3 İyun 2026
5 İyun 2026
3 İyun 2026
3 İyun 2026