Azərbaycanda bazar payları azalan brauzerlər – Siyahı

15:30 - 5.06.2026


5 iyun, Fineko/abc.az. "Firefox"un bazar payı may ayı ərzində 2,01 faiz bəndi, illik müqayisədə isə 1,99 faiz bəndi artaraq 2,59 % təşkil edib.

ABC.AZ "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki,  "Opera"nın Azərbaycanda bazar payı aylıq 0,43 faiz bəndi, il ərzində isə 0,15 faiz bəndi azalaraq 1,83 % olub.

Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

"Chrome" – 86,08 % (aylıq 1,34 faiz bəndi az və illik 6,37 faiz bəndi çox);

"Firefox" – 4,76 % (aylıq 3,8 faiz bəndi və illik 2,52 faiz bəndi çox);

"Edge" – 3,1 % (aylıq 0,88 faiz bəndi və illik 3,28 faiz bəndi az);

"Opera" – 2,18 % (aylıq 0,33 faiz bəndi və illik 2,47 faiz bəndi az);

"Safari" – 0,87 % (aylıq 0,51 faiz bəndi və illik 1,61 faiz bəndi az);

Mobil cihazlarda:

"Chrome" – 76,87 % (aylıq 3,91 faiz bəndi çox və illik 6,58 faiz bəndi az);

"Safari" – 14,43 % (aylıq 3,18 faiz bəndi az və illik 4,69 faiz bəndi çox);

"Samsung Internet" – 4,8 % (aylıq 0,57 faiz bəndi və illik 1,02 faiz bəndi çox);

"Opera" – 1,54 % (aylıq 0,52 faiz bəndi az və illik 0,28 faiz bəndi çox);

"Yandex Browser" – 0,95 % (aylıq 1,02 faiz bəndi və illik 0,23 faiz bəndi çox);

Planşetlərdə:

"Chrome" – 78,5 % (aylıq 2,22 faiz bəndi və illik 20,78 faiz bəndi çox);

"Safari" – 8,53 % (aylıq 2,73 faiz bəndi və illik 2,81 faiz bəndi az);

"Android" – 5,37 % (aylıq 0,1 faiz bəndi çox və illik 23,94 faiz bəndi az);

"Opera" – 1,23 % (aylıq 0,13 faiz bəndi az və 0,7 faiz bəndi çox);

"Yandex Browser" – 0,89 % (aylıq 1,81 faiz bəndi az və illik 0,14 faiz bəndi çox);