"Yandex"in bazar payı Azərbaycanda nu qədər azalıb

14:48 - 5.06.2026


5 iyun, Fineko/abc.az. Bu ilin may ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 94,19 % təşkil edib.

ABC.AZ "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, aprel ayına nisbətən 9,03 faiz bəndi, 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 13,56 faiz bəndi çoxdur.

İkinci pillədəki "Yandex"in bazar payı aylıq müqayisədə 7,6 faiz bəndi və ya 62 %, illik isə 12,58 faiz bəndi azalaraq 4,61 %-də qərarlaşıb.

Növbəti yerdə qərarlaşan "Bing"in bazar payı ay ərzində 1,12 faiz bəndi, illik isə 0,44 faiz bəndi azalaraq 0,85 % olub.

Dördüncü yerdəki "DuckDuckGo"nun bazar payı ay ərzində 0,18 faiz bəndi, illik müqayisədə isə 0,18 faiz bəndi azalaraq 0,19 % təşkil edib.

İlk beşliyi qapadan "Yahoo"nun bazar payı ay ərzində 0,09 faiz bəndi, illik müqayisədə isə 0,32 faiz bəndi azalaraq 0,13 % olub.