14:24 - 5.06.2026
5 iyun, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında mədəniyyət sahəsində çəkilən xərclər də 18,7 % azalaraq 3 milyon 969 min manat olub.
ABC.AZ rəsmi statistikaya istinadən xəbər verir ki, yanvar-apreldə turizm zərfinin alınmasına isə 322 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xərclər 20 % azalıb.
Nəqliyyat vasitələrinin icarəsinə 1 milyon 82 min manat (- 4 %), idman və əyləncə xidmətlərinə 4 milyon 201 min manat (+0,6 %), malların və hədiyyələrin alınmasına 85 milyon 403 min manat (- 6,2 %), digər istiqamətlərə isə 26 milyon 187 min manat (- 19,3 % ) xərclənib.
Ölkələr üzrə bölgüyə gəlincə, ən çox xərci Rusiyadan gələn turistlər edib. Onların xərcləri il ərzində 9,4 % azalaraq 204 milyon 677 min manat təşkil edib.
Türkiyədən gələn turistlərin xərcləri 97 milyon 049 min manat olub ki, bu da illik müqayisədə 3% artım deməkdir. Hindistandan səfər edənlərin xərcləri isə 4 dəfə azalaraq 39 milyon 999 min manata düşüb.
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 175 ölkədən 658,5 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Məlumata görə, gələnlərin 26,7 %-i Rusiya, 22,4 %-i Türkiyə, 8,7 %-i İran, 5,3 %-i Gürcüstan, 4,5 %-i Qazaxıstan, 3,2 %-i Özbəkistan, 3,0 %-i Hindistan, 2,7 %-i Pakistan, 2,2 %-i Çin, 2,1 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,5 %-i Türkmənistan, 1,4 %-i İsrail, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 12,5 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 70,9 %-ini kişilər, 29,1 %-ini qadınlar təşkil edib.
1 il əvvələ nisbətən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 17,1 % artaraq 32,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,5 % artaraq 251,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 27,8 % azalaraq 85,1 min nəfər, digər ölkələrdən gələnlərin sayı 16,7 % azalaraq 289,3 min nəfər təşkil edib.
Ölkəyə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,1 %-i hava, 29,3 %-i dəmir yolu və avtomobil, 1,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.
3 İyun 2026
3 İyun 2026
5 İyun 2026
3 İyun 2026
3 İyun 2026