Bu sahədə işləyənlərin maaşı artacaq

16:18 - 20.11.2024


20 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev tərəfindən hökumətə tapşırıq verilib ki, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqının artırılması məsələsinə baxılsın.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisdə büdcə zərfinin müzakirəsinə həsr edilmiş iclasda Maliyyə naziri Samir Şərifov deyib.

"Bununla əlaqədar dövlət büdcəsində müəyyən vəsait nəzərdə tutulub. Yəqin ki, konkret qərarlar növbəti ildə qəbul ediləcək. Mədəniyyət təşkilatlarının əksəriyyəti dövlət büdcəsindən maliyyələşir. Yəqin ki, bu məsələ onları da əhatə edəcək ", - deyə S.Şərifov bildirib. (APA)