14:23 - 30.04.2026
30 aprel, Fineko/abc.az. Manhetten prokurorluğu qanunsuz dövriyyə şəbəkələrinin araşdırılması çərçivəsində müsadirə olunmuş, ümumi dəyəri təxminən 14 milyon dollar olan 657 ədəd qədim əşyanı Hindistana təhvil verib.
ABC.AZ xəbər verir ki, artefaktlar qaçaqmalçılar Subhaş Kapur və Nenesi Viner ilə əlaqəlidir. Təqdimetmə mərasimində Hindistanın Nyu-Yorkdakı konsulu Raclakşmi Kadam iştirak edib.
Geri qaytarılan əşyalar arasında 1982-ci ildə oğurlanmış və 2025-ci ildə Nyu-Yorkda müsadirə edilmiş, dəyəri 2 milyon dollar olan Avalokiteşvara bürünc heykəli də var. Həmçinin əvvəllər anbarda aşkarlanmış, dəyəri 7,5 milyon dollar olan qırmızı qumdaşından hazırlanmış Budda heykəli və 2000-ci ildə oğurlanaraq saxta sənədlərlə satılmış rəqs edən Qaneşa heykəli də Hindistana qaytarılıb.
Araşdırma ABŞ xidmətləri ilə birgə 10 ildən çox davam edib. Kapur barəsində həbs orderi 2012-ci ildə verilib, 2019-cu ildə isə ona qarşı ittihamlar irəli sürülüb. O, 2022-ci ildə Hindistanda məhkum olunub və hazırda ABŞ-a ekstradisiyanı gözləyir.
3 İyun 2026
3 İyun 2026
5 İyun 2026
3 İyun 2026
3 İyun 2026