“PAŞA Bank” 3 ayda cəmisi 11 nəfəri işə götürüb

11:46 - 4.06.2026


4 iyun, Fineko/abc.az. “PAŞA Bank” ASC-nin 2025-ci ildə işçilərinin sayı 1435 nəfərə yüksəlib.

ABC.AZ bankın illik hesabatına istinadən xəbər verir ki, “Paşa Bank”ın işçi sayı 1-ci rübün sonundakı 1424 nəfərdən 4-cü rübün sonunda 1435 nəfərə yüksəlib.

İlin son rübündə birinci rüblə müqayisədə 11 nəfər və ya 0.8% artım qeydə alınıb.

Onu da bildirək ki, 2-ci rübün sonunda işçi sayı 1414 nəfər, 3-cü rübün sonunda 1420 nəfər təşkil edib.