Yaponiya şirkətlərinin investisiyaları 2026-cı ilin birinci rübündə sabitləşib

15:19 - 2.06.2026


2 iyun, Fineko/abc.az. Yapon şirkətlərinin 2026-cı ilin yanvar–mart dövründə kapital xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.

ABC.AZ xəbər verir ki, bu barədə 1 iyun tarixində Kyodo News agentliyi məlumat yayıb.

Yaponiyanın Maliyyə Nazirliyinin məlumatına görə, qeyri-maliyyə sektorlarında investisiyalar 18,81 trilyon yen (118 milyard dollar) təşkil edib.

2026-cı ilin birinci rübündə vergilərdən əvvəlki mənfəət isə 14,6% artaraq 32,63 trilyon yenə yüksəlib.

Xatırladaq ki, kapital qoyuluşları ölkənin iqtisadi inkişafının mühüm göstəricilərindən biridir.