ABB İnvest səhmdarlarına 3 milyon manat dividend ödənilib

16:12 - 14.05.2026


14 may, Fineko/abc.az. ABB Invest-in xalis mənfəəti 2025-ci maliyyə ilinin sonunda 2 milyon 352 min 707 manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bunu ABB İnvest-in 2025-ci ilin yekunu üzrə maliyyə göstəricilərinə dair mətbuat konfransında şirkətin icraçı direktoru Nadir Babazadə deyib.

Onun sözlərinə görə, 2024-cü ildə xalis mənfəət 2 milyon 319 min 376 manat olub. Beləliklə, illik müqayisədə xalis mənfəətdə təxminən 1% artım qeydə alınıb.

O qeyd edib ki, bu rəqəmlər kənar audit şirkəti tərəfindən təsdiqlənmiş audit hesabatına əsaslanır. Şirkət rəsmisi həmçinin bildirib ki, ötən illərdən bölüşdürülməmiş mənfəət hesabına səhmdara 3 milyon manat dividend ödənilib.

N. Babazadənin sözlərinə görə, 2025-ci il dekabrın 31-nə şirkətin kapitalı 9.3 milyon manat təşkil edib. Dividend ödənişindən sonra kapital 6 milyon manata düşüb.

Müəllif: Elmir Muradov