16:20 - 21.05.2026
21 may, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) "FERRUM Kapital” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac uğurla başa çatıb.
ABC.AZ birjaya istinadən xəbər verir ki, AZ2023022281 ISIN kodlu qiymətli kağızların yerləşdirilməsi üzrə kütləvi ticarət 21 may tarixində yekunlaşıb.
Ticarət nəticələri BFB-nin müvafiq qaydalarının tələblərinə cavab verdiyi üçün sözügedən istiqrazlar birjanın Standart Bazar Listinq seqmentinə daxil edilib. Xatırladaq ki, cari ilin 1 may tarixində BFB-nin Listinq Komitəsinin qərarı ilə şirkətin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.
Hərracın nəticələrinə görə, emissiyanın ümumi həcmi olan 1 milyon manatlıq istiqrazların (10,000 ədəd) tamamı reallaşdırılıb. Birqiymətli hərrac üsulu ilə keçirilən ticarətdə ilkin və yekun hərrac qiyməti 100 manat təşkil edib. İstiqrazlara maraq yüksək olub; belə ki, 50 investordan gələn 50 sifarişin hər biri tam təmin edilib.
Tədavül müddəti 12 ay olan istiqrazların illik gəlirliliyi 14% təşkil edir. Faizlər ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir (bir ayda 30 gün qəbul edilməklə) ödəniləcək. Faizli, təminatsız, sənədsiz və adlı statusa malik olan bu istiqrazların yerləşdirilməsi üzrə anderrayter qismində “UniCapital İnvestisiya Şirkəti” ASC çıxış edib.
3 İyun 2026
3 İyun 2026