17:09 - 25.05.2026
25 may, Fineko/abc.az. Kosmik mövzuya yönəlmiş birja fondları milyarder İlon Maska məxsus ABŞ korporasiyası SpaceX-in ilkin kütləvi səhmləşdirilməsi (IPO) ərəfəsində sürətli artım nümayiş etdirir.
ABC.AZ xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Morningstar Direct-in məlumatına görə, son bir ay ərzində kosmik sənaye ilə bağlı ETF-lər 1,3 milyard dollar cəlb edib. Nəticədə bu seqmentdə idarə olunan aktivlərin ümumi həcmi 3,3 milyard dollara çatıb.
Artan maraq SpaceX-in yaxın IPO-su ilə izah olunur. İnvestorlar hesab edir ki, İlon Maskın şirkətinin birjaya çıxışı bu sahədə əhəmiyyətli artımın başlanğıcı ola bilər.
3 İyun 2026
3 İyun 2026