10:59 - 4.06.2026
4 iyun, Fineko/abc.az. Azərbaycan zərgərlik məmulatlarına region ölkələrində tələbat artır.
ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Toğrul Abbasquliyev Bakıda keçirilən "Azerbaijan Jewelry Show" sərgisinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, sərgiyə Azərbaycan şirkətləri ilə yanaşı, Türkiyə sahibkarları, şirkətləri də qatılıblar:
"Bununla yanaşı, Özbəkistan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Rusiya və İsraildən alıcı və ziyarətçilərin iştirakı da nəzərdə tutulub. Azərbaycan zərgərlik məmulatlarına region ölkələrində tələbat artıb. Bunun arxasında peşəkar zərgərlik məktəbi dayanır. Assosiasiya olaraq qarşımızda önəmli bir missiya var".
T.Abbasquliyev bildirib ki, Azərbaycan zərgərlik məktəbini, milli ornament və naxışları, eləcə də bu sahədəki adət-ənənələri qoruyub saxlayır:
"Bu baxımdan, sərgidə Azərbaycan brendlərinin və "Made in Azerbaijan" məhsullarının geniş şəkildə təmsil olunmasına xüsusi önəm veririk".
Assosiasiya sədri son bir neçə il ərzində vergi və gömrük güzəştlərinin də bu sahəyə müsbət təsir göstərdiyini vurğulayıb. ©Report
3 İyun 2026
3 İyun 2026
5 İyun 2026
3 İyun 2026
3 İyun 2026