Azərbaycanda zərgərlik məhsullarının ixracının dəyəri 47 faiz artıb

10:49 - 4.06.2026


4 iyun, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycanda zərgərlik məhsullarının ixracının dəyər ötən ilin eyni dövrü ilə müqayisədə 47 % çox olub.

ABC.AZ xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən "Azerbaijan Jewelry Show" sərgisinin açılış mərasimində bildirib.

Onun sözlərinə görə, zərgərlik sənayesi Azərbaycan iqtisadiyyatı və ixracatı üçün çox böyük əhəmiyyət kəsb edir:

"Zərgərlik biznesinin istehsalımıza və ixracımıza əlavə dəyər qatdığını nəzərə alsaq, bu sahəni dəstəkləmək bizim üçün olduqca vacibdir. Son 1 ildə ixracın 47 % artması iqtisadiyyatımız üçün çox mühüm və olduqca kritik göstəricidir". ©Report