ExxonMobil Stabroek layihəsinə yatırımları vaxtından əvvəl geri qaytarıb — Qayananın gəlirləri artacaq

20:52 - 31.07.2026


31 iyul, Fineko/abc.az. ExxonMobil rəhbərlik etdiyi konsorsium Qayanada yerləşən Stabroek neft blokuna qoyulan $55 mlrd investisiyanı planlaşdırılandan iki il əvvəl tam şəkildə geri qaytarıb.

Bu, hasilatın pay bölgüsü sazişi çərçivəsində ölkənin neft gəlirlərində daha böyük pay almasına imkan verəcək.
İnvestisiyaların geri qaytarılmasından sonra mənfəət nefti konsorsium və hökumət arasında bərabər bölüşdürüləcək.

Yataqda hasilat artıq sutkada 900 min bareli ötür, Qayana isə ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə çevrilib. Bununla belə, şirkət hesabatlarında daha az hasilat göstərəcək, lakin 2030-cu ilə qədər pul axınının artacağını gözləyir.