10:41 - 30.07.2026
30 iyul, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kanadanın “Gran Tierra Energy” şirkəti ilə birlikdə Quba-Xəzəryanı neft-qaz regionunun geoloji quruluşunun dəqiqləşdirilməsi məqsədi ilə 2D seysmik kəşfiyyat işlərinin həyata keçirmək niyyətindədir.
ABC.AZ SOCAR-a istinadən xəbər verir ki, qeyd olunan işlərin bu regionda yerləşən qurudakı perspektiv sahəsində Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü haqqında saziş çərçivəsində yerinə yetirilməsi planlaşdırılır.
Qeyd edilib ki, layihənin icrasının ilkin hazırlıq mərhələsində Quba Rayon İcra Hakimiyyətində görüş təşkil edilib və iştirakçılar görüşdə layihənin həyata keçirilməsi üzrə növbəti addımları nəzərdən keçiriblər.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026