İlham Əliyev Azərbaycan-Qırğız İnvestisiya Fondunun kapitalının 200 milyon dollara çatdırıldığını elan edib

10:12 - 31.07.2026


31 iyul, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata birgə bəyanatında iki ölkə arasında Birgə İnvestisiya Fondunun maliyyə imkanlarının ikiqat artırılaraq 200 milyon dollara çatdırılması barədə razılığa gəlindiyini bildirib.

Dövlət başçısı Fondun təqdimatının onun konkret layihələrlə zənginləşdirildiyini göstərdiyini və bu məbləğin son hədd olmadığını vurğulayıb.

Prezident İlham Əliyev, həmçinin Sadır Japarovu uyğun vaxtda Azərbaycana növbəti dövlət səfərinə dəvət edib.