09:48 - 31.07.2026
31 iyul, Fineko/abc.az. Cümə günü keçirilən ticarət əməliyyatları zamanı etalon neft markaların qiymətləri aşağı düşür.
Saat 09:45-ə olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçersi 2,00 dollar (2,24%) ucuzlaşaraq bir bareli 87,03 dollar təşkil edib. İyulun 30-da keçirilən ticarətin yekunlarına əsasən, onun qiyməti 1,71 dollar (1,88%) düşərək bir bareli 89,03 dollar olub.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin sentyabr fyuçersi saat 09:45-dək 2,12 dollar (2,54%) ucuzlaşaraq bir bareli 81,47 dollara enib. İyulun 30-da keçirilən ticarətin yekunlarına görə, onun dəyəri 0,87 dollar (1,03%) azalaraq bir bareli 83,59 dollar təşkil edib.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,39 ABŞ dolları və ya 0,40% artaraq 98,58 ABŞ dolları təşkil edib.

30 İyul 2026
29 İyul 2026