Shell II rübdə mənfəətini iki dəfə artırıb və buyback proqramına başlayıb

12:25 - 30.07.2026


30 iyul, Fineko/abc.az. Shell 2026-cı ilin ikinci rübündə düzəldilmiş mənfəətini 9,84 mlrd dollara çatdırıb (ötən ilin eyni dövründə 4,26 mlrd dollar), proqnozları üstələyib. Artım treydinq və neft emalı sahəsində güclü nəticələr, eləcə də daha yüksək qiymətlər və marjalar hesabına təmin olunub.

Eyni zamanda, neft və qaz hasilatı əvvəlki rüblə müqayisədə 31% azalıb, LNG həcmləri isə 2% geriləyib. Əməliyyat pul axını 21,43 mlrd dollar, sərbəst pul axını 17,52 mlrd dollar təşkil edib, xalis borc isə 41,75 mlrd dollara qədər azalıb.

Şirkət 3 mlrd dollar həcmində yeni səhmlərin geri alınması proqramını və hər səhmə 0,3906 dollar dividend elan edib. III rübdə inteqrasiya olunmuş qaz seqmentində hasilatın sutkada 570–630 min barel neft ekvivalenti, LNG həcmlərinin isə 7,1–7,7 mln ton olacağı gözlənilir.