“Saudi Aramco” Qırmızı dənizdəki hücumlara görə neft təchizatı marşrutlarını dəyişdirir

21:34 - 29.07.2026


29 iyul, Fineko/abc.az. “Saudi Aramco” Asiyaya tədarük üçün Misirin Sidi-Kərir limanından yüklənən neftə ayrıca qiymət tətbiq edə bilər.

Bu barədə Bloomberg məlumat yayıb. Şirkət ixrac marşrutlarının dəyişməsi və daşınma xərclərinin artması fonunda alıcılarla işləməyin yeni variantlarını axtarır. 

Sxemin yenidən nəzərdən keçirilməsinə səbəb Qırmızı dənizdə husilərin hücumları olub. Bu hücumlar nəticəsində bəzi gəmi sahibləri Səudiyyə Ərəbistanının Yanbu limanına daxil olmaqdan yayınmağa başlayıb. Asiyadakı neft emalı zavodları əlavə xərcləri kompensasiya etmək üçün endirimlər tələb edir. “Aramco” isə qiymət dəyişikliklərindən tutmuş neftin birbaşa Asiya limanlarına çatdırılmasına və ya xammalın gəmilər arasında yenidən yüklənməsinə qədər müxtəlif tədarük variantlarını nəzərdən keçirir.