21:39 - 29.07.2026
29 iyul, Fineko/abc.az. Süni intellekt və məlumat təhlükəsizliyi sahəsində fəaliyyət göstərən «Cyera» şirkəti sürətlə artan süni intellekt agentlərini və qeyri-insani kimlikləri (non-human identities) qorumaq məqsədilə «Oasis Security» startapını 1 milyard dollar dəyərində müqavilə ilə bünyəsinə qatmaq üçün niyyət məktubu imzalayıb.
Sözügedən razılaşmanın böyük hissəsinin (təxminən 700 milyon dollar) nağd pulla, qalan hissəsinin isə «Cyera» səhmləri ilə ödənilməsi gözlənilir.
Yaxın zamanlarda 12 milyard dollar qiymətləndirmə ilə 600 milyon dollar investisiya cəlb edən «Cyera», «Oasis»i almaqla süni intellekt təhdidlərinə qarşı müdafiə bazarındakı mövqeyini daha da möhkəmləndirir. Şirkət bundan əvvəl «Index Ventures» tərəfindən dəstəklənən məlumat idarəetmə platforması «Ryft»i və «Genie Security» startapını da özünə birleşdirmişdi.
Süni intellekt agentlərinin və maşın kimliklərinin sayının kəskin artması fonunda şirkətlər bu sistemlərin davranışlarını izləyən və onların digər proqram təminatlarına giriş icazələrini idarə edən kibertəhlükəsizlik həllərinə ehtiyac duyurlar. «Accel» və «Cyberstarts» kimi ortaq investorlara malik olan hər iki şirkətin birləşməsi nəticəsində məlumat təhlükəsizliyi və identifikasiya idarəetməsi vahid platformada cəmləşəcək.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026