10:17 - 29.07.2026
29 iyul, Fineko/abc.az. Azərbaycanda fəaliyətdə olan lizinq şirkəti “Hermes Finance” ASC 2025-ci ili 180,1 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2024-cü illə müqayisədə 78,6% azdır.
ABC.AZ lizinq şirkətinin illik hesabatına istinadən xəbər verir ki, mənfəətin azalması əsasən xalis faiz gəlirlərinin 48,7% azalaraq 1,53 milyon manatdan 920 milyon manata enməsi, həmçinin kredit zərərləri üzrə ehtiyat xərclərinin 14,2% azalmasına baxmayaraq gəlirlərdəki geriləmənin xərclərin azalmasını üstələməsi ilə bağlı olub. Mənfəət vergisindən əvvəl mənfəət 68,2% azalaraq 340,2 min manata düşüb.
Lizinq şirkətinin cəmi gəlirləri, yəni xalis faiz gəliri və digər əməliyyat gəlirləri daxil olmaqla təxminən 1,09 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 64,8% azdır. Cəmi əməliyyat xərcləri isə təxminən 0,75 milyon manat olub və 37,4% azalıb.
2025-ci ilin sonuna “Hermes Finance”ın cəmi aktivləri 17,33 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 32,2% azdır. Şirkətin lizinq üzrə cari və uzunmüddətli investisiya qoyuluşlarından ibarət lizinq portfeli 13,60 milyon manata enərək 31,1% azalıb. Lizinq portfeli cəmi aktivlərin 78,5%-ni təşkil edib.
Hesabat dövrünün sonunda lizinq şirkətinin cəmi öhdəlikləri 16,95 milyon manat olub ki, bu da 31,6% azalma deməkdir. Cəmi kapital 373,8 min manata düşərək illik müqayisədə 57,7% azalıb. Yığılmış zərər 570,2 min manata çatıb və 237,3% artıb. Şirkət 2025-ci ildə 598,2 min manat dividend elan edib. İşçilərin sayı 21 nəfərdən 19 nəfərə enərək 9,5% azalıb.
27 İyul 2026