Azərbaycandakı 2 xarici şirkətin yerli strukturları ləğv edilir

17:12 - 28.07.2026


28 iyul, Fineko/abc.az. Azərbaycanda neft-qaz sektorunda fəaliyyət göstərmiş iki xarici şirkətin yerli strukturlarının ləğvi elan olunub.

ABC.AZ xəbər verir ki, Böyük Britaniyanın “Commonwealth Gobustan Limited” şirkətinin Azərbaycandakı filialı (VÖEN: 9900007571) və Britaniyanın Qərbi Hindistanının “Gobustan Operating Company Ltd” (Qobustan Əməliyyat Şirkəti) şirkətinin nümayəndəliyi (VÖEN: 9900007441) fəaliyyətini dayandıraraq ləğv olunduğunu elan edib.

Elanlara əsasən, hər iki qurumun kreditorları iki ay ərzində tələblərini AZ1018, Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 75E, mənzil 1 ünvanına təqdim edə bilərlər.

“Commonwealth Gobustan Limited” şirkətinin filialı 27 aprel 1999-cu ildə dövlət qeydiyyatına alınıb və direktoru Vüqar Əliyev Faiq oğludur.

“Gobustan Operating Company Ltd” şirkətinin nümayəndəliyi isə 16 avqust 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Bu qurumun da direktoru Vüqar Əliyev Faiq oğludur.

Hər iki şirkət Azərbaycanın cənub-qərb Qobustan bölgəsində yerləşən neft-qaz yataqlarının işlənməsi məqsədilə həyata keçirilən Cənub-Qərbi Qobustanda hasilatın pay bölgüsü sazişi çərçivəsində fəaliyyət göstərib.