ABŞ Ukraynaya 400 milyon dollarlıq yardımı blokdan çıxarıb

15:49 - 4.06.2026


4 iyun, Fineko/abc.az. ABŞ yaxın vaxtlarda Ukraynaya 400 milyon dollar həcmində hərbi yardım ayrıldığını elan edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio məlumat verib. Vəsait daha əvvəl Konqres tərəfindən təsdiqlənsə də, onun ayrılması Pentaqon tərəfindən gecikdirilmişdi; hazırda isə idarələrarası prosedurlardan keçir.

Senator Mitç Makkonnell bildirib ki, vəsait faktiki olaraq müdafiə qurumunda “ilişib qalıb”. Tənqidlərdən sonra Pentaqonun rəhbəri Pit Heqset yardım paketinin artıq blokdan çıxarıldığını açıqlayıb. Lakin gecikmənin səbəbləri izah olunmayıb ki, bu da Konqresdə narazılığa səbəb olub.